AZ

Ərəbistan sakinləri istilərdən görün necə xilas olublar

Min illər əvvəl Ərəbistan yarımadasında yaşayan insanlar istidən xilas olmaq üçün yerin altında yaşayıblar. Oradakı sərin hava insanların və mal-qaranın illərlə məşkunlaşmasına səbəb olub.

Publika.az xəbər verir ki, arxeoloqlar daş dövründən bəri Neolit ​​çobanları lava boruları kimi tanınan bu nəhəng tunellərə enərək onları aşkar ediblər.

Tədqiqatçılar "PLOS One" jurnalında dərc olunan məqalədə bildiriblər ki, qazıntılar zamanı çobanların bır sıra əşyaları tapılıb, onlar həmçinin qaya divarlarına naxışlar həkk ediblər.

Səudiyyə Ərəbistanında Mədinənin təxminən 125 km şimalında yerləşən Harrat Xeybar lava yatağı bölgənin ən uzun Umm Cirsan adlı tunel sisteminə ev sahibliyi edir. Elm adamları bu sistemi meydana gətirən lavanın yaşını hələ təsdiqləməyiblər, lakin 2007-ci ildə aparılan araşdırma onun təxminən 3 milyon il yaşı olduğunu müəyyən edib. Umm Cirsan 1,5 km uzanır və keçidlərinin hündürlüyü 12 m, eni isə 45 m-ə çatır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
195
1
Mənbələr
Şərh ()
Bağla