AZ

Ölkədə 17 qadın resurs mərkəzi fəaliyyət göstərir - Dövlət Komitəsinin sədri

Bakı. Trend:

Hazırda ölkədə 17 qadın resurs mərkəzi fəaliyyət göstərir.

Trend xəbər verir ki, bunu mayın 7-si “Azərbaycanın 4-cü KönüllüMilli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ciDİM üzrə irəliləyiş” mövzusunda keçirilən 4-cü DİM Dialoqunda çıxışedən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədriBahar Muradova deyib.

Onun sözlərinə görə, mərkəzlərdə qadınlar üçün müxtəlif təlimlərkeçir.

“Bu mərkəzlərin gördüyü işlər nəticəsində 800-dən çox qadıntopladığı biliklərlə biznes fəaliyyətinə başlayıb.

Hazırda bu mərkəzlərin fəaliyyətinin davamlılığı ilə bağlıproblemlər var. Bu da nəzərə alınmalıdır”, - o deyib.

Qeyd edək ki, Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatınadair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci Dayanıqlı İnkişafMəqsədləri (DİM) üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqukeçirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
1
Mənbələr
Şərh ()
Bağla