AZ

Ölkədə 17 qadın resurs mərkəzi fəaliyyət göstərir - Dövlət Komitəsinin sədri

Hazırda ölkədə 17 qadın resurs mərkəzi fəaliyyət göstərir.

Olaylar xəbər verir ki, bunu mayın 7-si "Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş" mövzusunda keçirilən 4-cü DİM Dialoqunda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Onun sözlərinə görə, mərkəzlərdə qadınlar üçün müxtəlif təlimlər keçir.

"Bu mərkəzlərin gördüyü işlər nəticəsində 800-dən çox qadın topladığı biliklərlə biznes fəaliyyətinə başlayıb.

Hazırda bu mərkəzlərin fəaliyyətinin davamlılığı ilə bağlı problemlər var. Bu da nəzərə alınmalıdır", - o deyib.

Qeyd edək ki, Bakıda "Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə irəliləyiş" mövzusunda 4-cü DİM Dialoqu keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
1
olaylar.az

2Mənbələr