AZ

ABŞ, Aİ və Böyük Britaniya Putinin andiçmə mərasimində iştirakdan imtina edib

ABŞ, Aİ və Böyük Britaniya Putinin andiçmə mərasimində iştirakdan imtina edib. “Reuters” xəbər verir ki, ABŞ, Böyük Britaniya, Kanada və 20 Avropa İttifaqına üzv ölkə mayın 7-də Vladimir Putinin Rusiya prezidenti kimi andiçmə mərasimini Ukraynadakı müharibə səbəbindən boykot elan edib.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller, "Xeyr, onun andiçmə mərasimində bizim nümayəndəmiz olmayacaq", deyə “müjdə verib”. O qeyd edib ki, Vaşinqton Putinin beşinci müddətə prezident seçilməsini təmin etmək üçün Rusiyada baş verən proseduru “azad və ədalətli seçki” hesab etmir. Eyni zamanda, Millerin sözlərinə görə, Amerika hakimiyyəti Putinin Rusiya prezidenti kimi fəaliyyətini davam etdirəcəyi ilə hesablaşmağa hazırdır.

Aİ-nin xarici siyasət sözçüsü Peter Stano bildirib ki, Aİ səfiri də mərasimdə olmayacaq. Böyük Britaniya və Kanada da oxşar bəyanatlar veriblər.

Ülviyyə, Hurriyyet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
29
Mənbələr
Şərh ()
Bağla