AZ

London Putinin inaqurasiyasında iştirakdan imtina edib

Böyük Britaniya nümayəndələri Putinin andiçmə mərasimində iştirak etməyəcəklər...Böyük Britaniya bir sıra Qərb ölkələrinin ardınca prezident Vladimir Putinin andiçmə mərasimində iştirak etmək üçün Rusiyaya öz nümayəndələrini göndərməkdən imtina etdiyini açıqlayıb.Poliqon Reuters Agenrtliyinə istinadən xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.Xatırladaq kki, Polşa hakimiyyəti Vladimir Putinin andiçmə mərasiminə qatılmaqdan imtina etdikləri barədə ilk məlumat verənlərdən biri olub. ABŞ və Kanada da oxşar bəyanatla eyni addımı atıblar. Aİ-nin Rusiyadakı səfiri də mərasimdə iştirak etməyəcək.Mərkəzi Seçki Komissiyasının məlumatına görə, martın 15-17-də keçirilən Rusiya prezident seçkilərində Vladimir Putinin namizədliyini seçicilərin 87,2 faizi dəstəkləyib. Onun andiçmə mərasimi bu gün, mayın 7-də Kremldə keçiriləcək. Vladimir Putin beşinci dəfə prezident postunu tutacaq.Poliqon.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
29

9Mənbələr