AZ

İtaliyada ictimai nəqliyyat sektorunun işçiləri tətilə çıxıblar

İtaliyada ictimai nəqliyyat sektorunda çalışan işçilər həmkarlar ittifaqlarının çağırışı ilə şəxsi hüquqlarının yaxşılaşdırılması və kollektiv müqavilənin yenilənməsi danışıqlarının başlanması tələbi ilə 24 saatlıq tətil elan ediblər.

İtaliya mətbuatında yer alan xəbərə görə, müxtəlif həmkarlar ittifaqının çağırışı ilə nəqliyyat sektorunda çalışanlar maaşların artırılması, iş vaxtının həftədə 39 saatdan 35 saata endirilməsi, iş yerində təhlükəsizlik şəraitinin yaxşılaşdırılması tələbləri ilə tətilə başlayıblar.

24 saatlıq tətil qərarına uyğun olaraq Milan, Turin, Florensiya və Bolonya kimi şəhərlərlə yanaşı, paytaxt Romada da ictimai nəqliyyat sektorunda fasilələr yaranıb.

Romada şəhər bələdiyyə avtobusları qismən fəaliyyət göstərdiyi halda, metroda "A" xətti tamamilə xidmətə bağlanıb.

Tətil xüsusilə paytaxt Romada metro və avtobus xidmətləri kimi şəhər ictimai nəqliyyatına mənfi təsir göstərib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
3
Mənbələr
Şərh ()
Bağla