AZ

İtaliyada nəqliyyat işçiləri tətilə çıxıb

İtaliyada ictimai nəqliyyat sektorunda çalışan işçilər həmkarlar ittifaqlarının çağırışı ilə şəxsi hüquqlarının yaxşılaşdırılması və kollektiv müqavilənin yenilənməsi danışıqlarının başlanması tələbi ilə 24 saatlıq tətil elan edib.

525.az xəbər verir ki, müxtəlif həmkarlar ittifaqının çağırışı ilə nəqliyyat sektorunda çalışan işçilər əmək haqlarının artırılması, iş vaxtının həftədə 39 saatdan 35 saata endirilməsi, iş yerində təhlükəsizlik şəraitinin yaxşılaşdırılması və kollektiv müqavilə ilə bağlı danışıqlara başlanması tələbləri ilə tətilə başlayıb.

24 saatlıq tətil qərarına uyğun olaraq Milan, Turin, Florensiya və Bolonya kimi şəhərlərlə yanaşı, paytaxt Romada da ictimai nəqliyyat sektorunda fasilələr yaranıb.

Məhəmməd Tağıyev






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
3
525.az

6Mənbələr