AZ

“Paşinyanla Putin bir sıra problemlərə nöqtə qoyacaq” –Putinin köməkçisi görüş barədə

“Rusiya prezidenti Vladimir Putin mayın 8-də Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar zamanı yığılmış bir sıra problemlərə nöqtə qoyacaq”.

Azpost.info bildirir ki, bu barədə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Ali Avrasiya İqtisadi Şurasının iclasından sonra Ermənistanın baş naziri Paşinyanla ikitərəfli görüş keçiriləcək: “İkitərəfli təmasların çox məzmunlu olacağı gözlənilir, çünki müzakirə üçün çoxlu məsələlər toplanıb”.

Uşakov qeyd edib ki, son zamanlar Rusiya ilə Ermənistan arasında münasibətlərdə problemli məsələlər yığılıb: “Biz onların liderlər arasında açıq müzakirə olunacağını gözləyirik”,-deyə o, jurnalistlərə bildirib.

Uşakov xüsusilə xatırladıb ki, Paşinyan özü apreldə Moskva ilə münasibətlərin çətin günlər keçirdiyini demişdi.

O, son vaxtlar iki ölkə arasında müxtəlif səviyyələrdə təmasların azalmasına da diqqət çəkib. Uşakov qeyd edib ki, Putin və Paşinyan sonuncu dəfə 2023-cü ilin dekabrında Sankt-Peterburqda keçirilən Aİİ sammitində şəxsən danışıblar.

“Həm Rusiya, həm də KTMT-yə qarşı tənqidlər var. Ermənistan faktiki olaraq KTMT-də iştirakını dondurub, təlimlərdə iştirak etmir və KTMT-ni maliyyələşdirməkdən çəkinir. Eyni zamanda, Ermənistan nümayişkaranə şəkildə Qərblə dialoqu inkişaf etdirir. Xüsusilə, Avropa İttifaqına daxil olmaq üçün müxtəlif variantlar nəzərdən keçirilir, NATO vasitəsilə əlaqələr intensivləşdirilir. İndi liderlər arasında müzakirə tələb edən çoxlu məsələlər var”.

“Biz bu ikitərəfli görüşə çox böyük əhəmiyyət veririk. Bu, bir çox məsələlərin həllinə kömək edəcək”, – deyə Uşakov əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
50
Mənbələr
Şərh ()
Bağla