AZ

Rusiya BMT-yə silahların yerləşdirilməməsi ilə bağlı qətnamə təklif edib



Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, Rusiya tərəfi kosmosa silahların yerləşdirilməməsinə dair qətnamə layihəsi təklif edib. Bu barədə RİA Novosti məlumat yayıb.Nebenzya bu barədə BMT Baş Assambleyasının iclası zamanı bildirib. Onun sözlərinə görə, Rusiya layihəsi təşkilatın istənilən üzvü tərəfindən həmmüəlliflik üçün açıq olacaq.

“Bizim layihəmizin əhatə dairəsi genişdir və dövlətlərin nə kütləvi qırğın silahlarını, nə də adi silahları yerləşdirmək üçün kosmosdan istifadə etməmək öhdəliyini bir daha təsdiqləmək məqsədi daşıyır” dedi.
Əvvəllər ABŞ və Yaponiya BMT Təhlükəsizlik Şurasında oxşar təşəbbüslə çıxış etsə də, Rusiya bu layihəyə veto qoyub.

aia.az
Tərcümə şöbəsi



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
140
16
Mənbələr
Şərh ()
Bağla