AZ

Yaponiya ABŞ-dan Ukraynaya "Patriot" verməməyi tələb edəcək

Yaponiya ABŞ-dan Ukraynaya "Patriot" verməməyi tələb edəcək

Tokio ABŞ lisenziyası əsasında istehsal edilən “Patriot” zenit-raket komplekslərini (SAM) üçüncü ölkələrə, xüsusən də Ukraynaya göndərilməmək şərti ilə sənəd aldıqdan sonra Vaşinqtona təhvil verəcək.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Yaponiya Müdafiə Nazirliyinin rəhbəri İtsunori Onodera bildirib.

"Onların Ukraynaya göndərilib-göndərilməyəcəyinə gəlincə, onlar başqa ölkələrə verilməyəcəyini təsdiq edən sənəd alındıqdan sonra ABŞ-a ixrac ediləcək", - deyə İtsunori Onodera qeyd edib.

Qeyd edək ki, Rusiya səfiri Nikolay Nozdrev Yaponiyaya "Patriot" hava hücumundan müdafiə sistemini Ukraynaya verməmək barədə xəbərdarlıq edərək, bunun Tokio və Moskva arasında ikitərəfli münasibətlərdə mənfi nəticələrə səbəb olacağını bildirib.


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
16
Mənbələr
Şərh ()
Bağla