AZ

Bakıda park edilmiş avtomobilə ziyan vurulub - Başqasının əmlakına qəsd edəni hansı cəza gözləyir?

Vətəndaşın park edilmiş halda olan maşınına ziyan vurulub. Avtomobilin bir tərəfinə iti alətlə əvvəldən sona qədər ziyan vurulub. Zərərçəkmiş şəxs bununla bağlı video çəkərək sosial şəbəkədə də paylaşıb.

Xezerxeber.az-ın məlumatına görə, bir binanın həyətində isə içərisi su ilə dolu olan şar hündürmərtəbəli binanın sonuncu mərtəbəsindən avtomobilin birinin üzərinə atılıb. Nəticədə avtomobilin sahibi ciddi maddi zərərlə üzləşib.

Ümumiyyətlə, son vaxtlar bu cür qəsdlə və ya ehtiyatsızlıqdan vətəndaşların avtomobilinə və ya digər əmlaka zərərvurmaqla bağlı videogörüntülərə tez-tez rast gəlinir.

Hüquqşunaslar bildirirlər ki, bu hal qəsdlə baş verərsə, bunu edən şəxs cinayət məsuliyyətinə cəlb edilə və ya azadlıqdan məhrum oluna bilər.

Həmçinin zərər cinayət məsuliyyəti yaratdığı halda bunu edən şəxslər vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə edilə bilərlər. Hüquqşunas Şamil Paşayev deyir ki, avtomobillərə vurulan bu kimi zərərləri icbari sığorta da qarşılamır.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən isə bildirildi ki, əmlakının qəsdən məhv edidiyi və ya zədələndiyi barədə zərərçəkən şəxs məlumat verdiyi halda dərhal ərazi polis orqanında araşdırmalara başlanır. Ziyanın qəsdən vurulduğu sübuta yetirilsə qanunla nəzərdə tutulan tədbirlərin görülməsi təmin edilir. Qəsdən əmlaka zərər vuran şəxsin saxlanılması və məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
50
Mənbələr
Şərh ()
Bağla