AZ

Putin bu tarixdə Paşinyanla görüşəcək

Rusiya prezidenti Vladimir Putin mayın 8-də Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək.   Manset.az  TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib. Paşinyan mayın 9-da Moskvada keçiriləcək Qələbə paradında iştirak etməyəcək. Daha öncə Ermənistan parlamentinin spikeri Alen Simonyan Nikol Paşinyanın Rusiya prezidentinin andiçmə mərasimində iştirak etməyəcəyini açıqlayıb.

Xatırladaq ki, Vladimir Putinin andiçmə mərasimi mayın 7-də Kremldə keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
39
Mənbələr
Şərh ()
Bağla