AZ

Putin Paşinyanla ikitərəfli görüş keçirəcək


Rusiya Prezidenti Vladimir Putin mayın 8-də Ermənistanın Baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov məlumat verib.
“İnqurasiyadan bir gün sonra (8 may) prezident ilk böyük beynəlxalq tədbiri, yəni Ali Avrasiya İqtisadi Şurasının yubiley iclasını keçirir. Bundan sonra Ermənistan Baş naziri Nikol Paşinyanla ikitərəfli görüş, həmçinin MDB ölkələrinin liderləri üçün ənənəvi dostluq şam yeməyi keçiriləcək”, - Uşakov bildirib.
O qeyd edib ki, bu ikitərəfli təmas çox məzmunlu olacaq, müzakirə olunacaq çoxlu məsələlər var:
“Son vaxtlar Rusiya ilə Ermənistan arasında münasibətlərdə problemli məsələlər yığılıb, gözlədiyimiz kimi, liderlər arasında açıq şəkildə müzakirə olunacaq. Bilirsiniz ki, Paşinyan aprel ayında Moskva ilə münasibətlərin ən yaxşı dövrünü yaşamadığını bildirib. Son zamanlar ölkələrimiz arasında müxtəlif səviyyələrdə təmaslar nəzərəçarpacaq dərəcədə azalıb. Tənqid həm Rusiyaya, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına ünvanlanır. İrəvan təşkilatda iştirakını faktiki olaraq dondurub, hələlik təşkilatdan çıxmasa da, eyni zamanda strukturun birgə təlimlərində iştirak etmir və maliyyələşdirməkdən çəkinməyi düşünür. Paralel olaraq, Ermənistan nümayişkaranə şəkildə Qərblə dialoqu inkişaf etdirir, o cümlədən Avropa İttifaqına daxil olmaq üçün müxtəlif variantları nəzərdən keçirir və NATO əlaqələri intensivləşir, yəni hazırda liderlər arasında müzakirə tələb edən bir çox məsələlər yığılıb”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
50
Mənbələr
Şərh ()
Bağla