AZ

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşdü

Nüfuzlu “FourFourTwo” nəşri dünyanın ən yaxşı stadionlarının reytinq cədvəlini yeniləyib.

Ucnoqta.az xəbər verir ki, 100 arenanın yer aldığı siyahıda Bakı Olimpiya Stadionu da var. 2015-ci ildə istifadəyə verilən arena 41-ci pillədə qərarlaşıb.

Siyahıya Argentinada yerləşən " La Bombonera" stadionu başçılıq edir. İkinci sırada Braziliyanın "Marakana" stadionu yer alıb. İlk "üçlüy"ü isə Almaniyanın “Borussiya Dortmund” komandasının matçlarına ev sahibliyi edən "Siqnal İduna Park" tamamlayıb.

Qeyd edək ki, 69 870 tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionu Azərbaycanın ən böyük arenasıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
13
Mənbələr
Şərh ()
Bağla