AZ

UEFA-dan Halil Umut Melerə növbəti təyinat

style='margin-bottom:10px;'>

UEFA türkiyəli FİFA referisi Halil Umut Melerə təyinat verib.

QOL.az xəbər verir ki, o, Konfrans Liqasının yarımfinalının "Brügge" (Belçika) - "Fiorentina" (İtaliya) cavab oyununu idarə edəcək. H. Umut Melerə yan xətt hakimləri qismində həmyerliləri Mustafa Emre Eyisoy və Kerem Ersoy köməklik edəcəklər. Dördüncü hakim fünksiyasını isə İrfan Pelyto (Bosniya və Herseqovina) yerinə yetirəcək.

Mayın 8-də, Belçikadakı "Yan Breydel Stadionu"nda keçiriləcək matç Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. Bu komandalar arasında ilk oyunda "Fiorentina" 3:2 hesablı qələbə qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
2
Mənbələr
Şərh ()
Bağla