AZ

UEFA-dan Halil Umut Melerə növbəti TƏYİNAT

UEFA türkiyəli FİFA referisi Halil Umut Melerə təyinat verib.

Ednews xəbər verir ki, o, Konfrans Liqasının yarımfinalının "Brügge" (Belçika) - "Fiorentina" (İtaliya) cavab oyununu idarə edəcək.

H. Umut Melerə yan xətt hakimləri qismində həmyerliləri Mustafa Emre Eyisoy və Kerem Ersoy köməklik edəcəklər. Dördüncü hakim fünksiyasını isə İrfan Pelyto (Bosniya və Herseqovina) yerinə yetirəcək.
Mayın 8-də, Belçikadakı "Yan Breydel Stadionu"nda keçiriləcək matç Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. Bu komandalar arasında ilk oyunda "Fiorentina" 3:2 hesablı qələbə qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
2
ednews.net

3Mənbələr