AZ

SABİQ DEPUTATIN RAMİZ MEHDİYEVƏ GİZLİ MƏKTUBU YAYILDI - Sensasiyalı adlar + TAM MƏTN

Sabiq deputat, eks-səfir Elmira Axundovanın Ramiz Mehdiyevə ünvanladığı, “hörmətli Ramiz müəllim, yalnız sizin oxumağınız üçündür” girişli, “siz mənim dostum və ağsaqqalımsız” sözləri ilə zəngin, hər sətri 1937-ci ilin danosunu xatırladan məktubu ortaya çıxıb. Gizli məktub Prezident Administrasiyasında 15244 nömrə ilə qeydiyyatdan keçib, Ramiz Mehdiyevə təqdim olunub.

“AzPolitika” “musavat.com”-a istinadla həmin məktubun tərcüməsini təqdim edirik:

Hörmətli Ramiz müəllim!

Bu məktub sırf şəxsidir, yalnız sizin oxumağınız üçündür. Yenə məcbur olub sizə müraciət edirəm ki, mənə ailəmin cismindəki bu bədxassəli şişin – Fərman Məmmədovun öhdəsindən gəlməkdə köməklik göstərəsiniz. 3 ildən artıqdır ki, mənim qanımı içir, (o cümlədən sizə) saysız-hesabsız yalan və böhtan dolu məktublar göndərir. O, uzun müddət ailəmizə yaxın olub, mənim etibarımı qazanıb, indi də öz xeyrinə redaktələr edib, hoqqabazlıq edərək, mətbuatda, müxalifət saytlarında şəxsi videolarımızı, fotolarımızı dərc edir.

Oğlum o videolarda istirahət edir, bu qızla zarafatlaşır, “banan”da üzür

Elnur İbrahimovun (pul mənimsəyən piramidanın yaradıcısı) işi üzrə istintaq başa çatıb, sübut olunub ki, bizim bu Fərmana heç bir borcumuz yoxdur, əksinə, hələ də bizə 100 mindən çox borcu var. Onun bütün yalanları üzə çıxdı, həm məhkəmədə, həm də istintaqda ziddiyyətli ifadələr verdi, bütün əlaltıları ondan uzaqlaşdılar. Və beləliklə o, tam dəli, sadəcə olaraq onun təxribatlarına boyun əymədiyimiz üçün bizdən qisas almaq üçün (1 il əvvəl ölən qızın qohumlarından alıb) oğlumun bəzi videolarını Meydan TV-də yayımlamağa başlayır. Oğlum o videolarda istirahət edir, bu qızla zarafatlaşır, “banan”da üzür (su əylənsi üçün banan şəkilli predmet), hovuzda və s. Orada xüsusi bir şey yoxdur, xüsusən kriminal bir şey, oğlum narkoman deyil, o siqaret belə çəkmir, xaricdə hesabı və villası yoxdur. Gecə-gündüz işləyir, 3 uşağı dolandırmaq üçün çalışır, mənə də kömək edir.

Ramiz müəllim, onun bu anti-PR-a nə qədər pul xərclədiyini bilsəydiniz!

... Amma bu avara Fərmanın Prezidentə bir qəpiklik xeyri dəymir və əfqanların pulundan, malından varlanıb (bizdə bütün dəlillər var), bizə də gecə-gündüz böhtan atır.Onu bizim oliqarxlar maliyyələşdirir! İdman naziri Azad Rəhimov və onun dostu Elçin Hüseynov Fərmana məxsus binalarda almazlarını və zəngin ev dizaynı əşyalarını satırlar. Bir dəfə Fərman özü mənə dedi ki, onlardan ayda 12-15 min dollar alır. Və bu pulla bütün həyatını Azərbaycanın imicinin möhkəmlənməsinə həsr etmiş olan mənə qarşı işləyir. Yəni Fərman faktiki olaraq müxalifətə işləyir. Ramiz müəllim, onun bu anti-PR-a nə qədər pul xərclədiyini bilsəydiniz!

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
190
32
Mənbələr
Şərh ()
Bağla