AZ

Kuçmanın keçmiş müşaviri: “Zelenski Putini dinləməli idi“

"Rusiya prezidenti Vladimir Putin Ukrayna lideri Volodimir Zelenskiyə “oyunu tərk etməyi” təklif edəndə o, Kreml rəhbərini dinləməli idi. Çünki Qərb hazırda Zelenskini qəbul etmir".

News365.az xəbər verir ki, bu barədə Ukraynanın keçmiş prezidenti Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin bildirib.

Soskinin sözlərinə görə, indi NATO nəinki Ukraynanı qəbul etmək, hətta bu ölkənin Silahlı Qüvvələrinə hava, su kimi lazım olan “Patriot” hava hücumundan müdafiə sistemlərini tədarük etmək niyyətində deyil. Fakitiki olaraq Zelenskiyə “bizdən uzaqlaş” deyirlər. Ona görə də Ukrayna prezidentinin onlara yalvarması lazım deyil.

“Sadəcə oyunu tərk et. Kartlarınızı qatlayın və oyunu tərk edin. Putin bunu sizə artıq on dəfə təklif edib”, - Soskin bildirib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bura olduğunu nümayiş etdirirlər.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
274
50
news365.az

10Mənbələr