AZ

Putin göstəriş verdi: Rusiya nüvə silahı təlimləri keçirəcək

Rusiya Müdafiə Nazirliyi nüvə silahından istifadə ilə bağlı təlimlər keçirəcəyini açıqlayıb.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, açıqlamada prezident Vladimir Putinin göstərişi ilə qeyri-strateji nüvə silahlarının istifadəsi ilə bağlı təlimin keçiriləcəyi bildirilib.

Açıqlamada həmçinin qeyd edilib ki, məşq bəzi Qərb rəsmilərinin təhdid və təxribat xarakterli bəyanatlarına cavab olaraq Rusiya nüvə qüvvələrinin hazırlıq qabiliyyətinin artırılması və ölkənin ərazi bütövlüyü və suverenliyinin qorunması məqsədilə həyata keçiriləcək.

Açıqlamada Cənub Hərbi bölgəsinin raket, hava və dəniz birləşmələrinin təlimə qatılacağı bildirilsə də, tarix göstərilməyib.



Vasif
BakuPost

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
3
Mənbələr
Şərh ()
Bağla