AZ

Rusiya nüvə silahından istifadə ilə bağlı təlimlər keçirəcək

Rusiya nüvə silahından istifadə ilə bağlı təlimlər keçirəcək

Rusiya Müdafiə Nazirliyi Rusiya ordusunun nüvə silahından istifadə ilə bağlı təlimlər keçirəcəyini açıqlayıb.


Nazirlikdən verilən açıqlamada Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə qeyri-strateji nüvə silahlarının hazırlanması və istifadəsi üzrə təlimin keçiriləcəyi bildirilib.

Bəyanatda qeyd edilib ki, məşq bəzi Qərb rəsmilərinin təhdid və təxribat xarakterli bəyanatlarına cavab olaraq Rusiya nüvə qüvvələrinin hazırlıq qabiliyyətinin artırılması və ölkənin ərazi bütövlüyü və suverenliyinin qorunması məqsədilə həyata keçiriləcək.

Açıqlamada Cənub Hərbi Bölgəsinin raket, hava və dəniz birləşmələrinin təlimə qatılacağı bildirilsə də, təlimin tarixi göstərilməyib.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
50
afn.az

10Mənbələr