AZ

NATO ölkələri arasında münasibətlər GƏRGİNLƏŞİR: Fransa katalizator rolunda

“Ukrayna dəstək məsələsində həm Avropa İttifaqı, həm də ABŞ-nin daxilində kifayət qədər ciddi fikir ayrıqlıları mövcuddur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Əli Zülfüqaroğlu deyib.

Siyasi şərhçi Paris administrasiyası tərəfindən Fransa Silahlı Qüvvələrinin 54-cü Mexanikləşdirilmiş Briqadasının şəxsi heyətinin dəstək məqsədilə Ukraynaya yola salınması faktından söz açıb.

Ə. Zülfüqaroğluna görə isə ABŞ prezidenti Co Baydenin Ukraynaya yardım məsələsinə respublikaçı deputatlar mane olmağa çalışır və bunu blok edirlər.

“Eyni zamanda, Avropa İttifaqı (Aİ) daxilində də Ukraynaya yardım məsələsində əvvəllər təkcə Macarıstan buna qarşı çıxırdısa, indi bir çox ölkələr artıq öz etiraz səslərini ucaldırlar. Görünən odur ki, Aİ-nin siyasi mərkəzi hesab olunan və özünü Aİ-nin lideri Fransa qurumu getdikcə dərinləşən fəlakətə sürükləməkdə maraqlıdır. Çünki Parisin bu addımı, faktiki olaraq, NATO-nun prosesə aktiv qoşulması anlamına gəlir ki, bu da Üçüncü Dünya müharibəsinin başlaması üçün ciddi əsaslar yaradır”, – deyə o bildirib.

Siyasi təhlilçi hesab edir ki, Fransanın bu addımı reallaşarsa, bu, növbəti mərhələdə dünyanın çox gərgin bir dövrə qədəm qoymasına səbəb ola bilər:

“Həmçinin bu, NATO ölkələri arasındakı münasibətlərin gərginləşməsinə, Aİ daxilində çatların yaranması və dərinləşməsinə gətirib çıxara bilər. Fransa bu addımı ilə vəziyyəti daha da gərginləşdirməyə çalışır ki, bu da dünya üçün arzuolunan mənzərə hesab olunmur”.

Qeyd edək ki, məlumata görə, ilkin mərhələdə 100 hərbçi Ukraynaya göndərilib. Fransa Müdafiə Nazirliyi göndərilən hərbçilərin növbəti sayının yaxın perspektivdə 1700 nəfərə qədər artılacağını bəyan edib.

Rafi Müslümov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
22
Mənbələr
Şərh ()
Bağla