AZ

Demokratlar Ukraynaya qoşun göndərilməsini istisna etmirlər

Nümayəndələr Palatasında Demokratik Azlıqların lideri Hakim Ceffris ABŞ-ın Rusiya-Ukrayna münaqişəsinə müdaxilə etməsinə ehtiyac ola biləcəyini bildirib...Poliqon xəbər verir ki, Nümayəndələr Palatasında Demokratik Azlıqların lideri bu barədə CBS News telekanalına bildirib. Onun sözlərinə görə, Ukraynaya Amerika qoşunlarının göndərilməsi istisna edilmir.“Biz Ukraynanın çökməsinə imkan verə bilmərik. Əgər bu baş verərsə, Amerikanın təkcə bizim pulumuzla deyil, həm də hərbi personalımızla münaqişəyə müdaxilə etməli olması ehtimalı böyükdür”, Ceffris bildirib. Demokratların liderinin fikrincə, Rusiya Ukraynada qalib gələrsəsə, Vladimir Putin dayanmayacaq və NATO ölkələrini hədələyəcək.Qeyd edək ki, Amerika hakimiyyət rəsmilərii dəfələrlə Ukraynaya qoşun göndərməyəcəklərini bəyan ediblər. Belə ki, aprelin əvvəlində dövlət katibi Entoni Blinken Vaşinqtonun münaqişənin gərginləşməsi riskinə görə ordunun göndərilməsinə qarşı olduğunu bildirib. Dövlət katibi qeyd edib ki, bu, prezident Co Baydenin mövqeyidir.Xatırladaq ki, son aylarda Fransa prezidenti Emmanuel Makron dəfələrlə Ukraynaya qoşun göndərilməsinin mümkünlüyündən danışıb. Onun sözlərindən sonra bəzi NATO ölkələri belə planların olmadığını bəyan edib, bəziləri isə bu məsələnin müzakirəsini dəstəkləyib.Poliqon.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
156
22

10Mənbələr