AZ

İngilis dili müəllimi əri tərəfindən qətlə yetirilib - FOTO

Türkiyənin Samsun şəhərindən qadın cinayeti xəbəri gəlib.
Sherg.az xəbər verir ki, gecə saatlarında İlkadım rayonu, 19 May rayonu, Hürriyyət küçəsində yerləşən yaşayış binasında Adem Çay (48) ilə həyat yoldaşı, boşanma mərhələsində olan Səadət Çay (43) arasında naməlum səbəbdən mübahisə düşüb. 

Mübahisədən sonra Adem Çay tapançadan atəş açıb və Səadət Çayı vurub.

Xəbər üzərinə hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib.  Səadət Çayın hadisə yerində öldüyü müəyyən edilib.


Rayonda ticarətlə məşğul olan və "məmura qəsdən xəsarət yetirmə, hədə-qorxu, talama və müqavimət göstərmə" maddəsi ilə 19 cinayəti olan Adem Çay hadisə yerində saxlanılıb.

İki uşaq anası olan Səadət Çayın orta məktəbdə ingilis dili müəllimi olduğu öyrənilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
1
Mənbələr
Şərh ()
Bağla