Türkiyənin Samsun şəhərindən qadın cinayeti xəbəri gəlib.
Sherg.az xÉ™bÉ™r verir ki, gecÉ™ saatlarında Ä°lkadım rayonu, 19 May rayonu, HürriyyÉ™t küçəsindÉ™ yerləşən yaÅŸayış binasında Adem Çay (48) ilÉ™ hÉ™yat yoldaşı, boÅŸanma mÉ™rhÉ™lÉ™sindÉ™ olan SÉ™adÉ™t Çay (43) arasında namÉ™lum sÉ™bÉ™bdÉ™n mübahisÉ™ düşüb.Â
Mübahisədən sonra Adem Çay tapançadan atəş açıb və Səadət Çayı vurub.
Xəbər üzərinə hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib. Səadət Çayın hadisə yerində öldüyü müəyyən edilib.
Rayonda ticarətlə məşğul olan və "məmura qəsdən xəsarət yetirmə, hədə-qorxu, talama və müqavimət göstərmə" maddəsi ilə 19 cinayəti olan Adem Çay hadisə yerində saxlanılıb.
İki uşaq anası olan Səadət Çayın orta məktəbdə ingilis dili müəllimi olduğu öyrənilib.