AZ

Azərbaycan ilə Gürcüstan arasında ticarət döviyyəsi 100 milyona yaxın azalıb

Cari ilin birinci rübündə Azərbaycan ilə Gürcüstan arasındakı ticarət dövriyyəsinin dəyəri 178 milyon 936 min ABŞ dolları olub. 

Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 94 milyon 191 min ABŞ dolları və ya 34,5% azdır. 

2023-cü ilin yanvar-mart aylarında Azərbaycan ilə Gürcüstan arasında 273 milyon 127 min ABŞ dolları dəyərində ticarət dövriyyəsi olub.

Qeyd edək ki, hesabat dövründə Azərbaycan ilə Gürcüstan arasında olan ticarət dövriyyəsi ümumi dövriyyənin 1,85 faizini təşkil edib ki, bu da illik müqayisədə 0,47 faiz azdır.

Əvəz Həsənov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
49
Mənbələr
Şərh ()
Bağla