AZ

Azərbaycan qarğıdalı idxalını 34 % artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycana 30 min 323 ton qarğıdalı idxal edilib.

"Cebhe.info" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə qarğıdalının idxal dəyəri 10 milyon 572 min ABŞ dolları təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq həcm baxımından 7 min 657 ton (34 %), dəyər baxımından isə 2 milyon 168 min ABŞ dolları (25,8 %) çoxdur.

Qeyd edək ki, qarğıdalı idxalı Azərbaycanın ümumi idxalının 0,28 %-ini təşkil edib.

"Cebhe.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
246
50
cebheinfo.az

10Mənbələr