AZ

Məhkəmə Anar Məmmədli barədə qərar verdi

Məhkəmə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli barədə qərar verib.

Bakupost.az xəbər verir ki, bu barədə report-a onun vəkili Cavad Cavadov məlumat verib.

O, bildirib ki, A.Məmmədli barəsində Xətai Rayon Məhkəməsinin 3 ay 28 gün müddətinə həbsqətimkan tədbiri seçilməsi ilə bağlı qərardan verilmiş apellyasiya şikayətini Bakı Apellyasiya Məhkəməsi təmin etməyib.

Xatırladaq ki, A.Məmmədli ötən ay saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
42
bakupost.az

10Mənbələr

Şərh ()
Bağla