AZ

Məhkəmədən Anar Məmmədli ilə bağlı QƏRAR

Məhkəmə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli barədə qərar verib.

 

Sfera.az bildirir ki, bu barədə Report-a onun vəkili Cavad Cavadov məlumat verib.

 

O, bildirib ki, A.Məmmədli barəsində Xətai Rayon Məhkəməsinin 3 ay 28 gün müddətinə həbsqətimkan tədbiri seçilməsi ilə bağlı qərardan verilmiş apellyasiya şikayətini Bakı Apellyasiya Məhkəməsi təmin etməyib.

 

Xatırladaq ki, A.Məmmədli ötən ay saxlanılıb.

 

Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
235
42
sfera.az

10Mənbələr