AZ

Məhkəmədən Anar Məmmədli barədə qərar

Məhkəmə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli barədə qərar qəbul edib.
BUTA.TV xəbər verir ki, bu barədə Report-a onun vəkili Cavad Cavadov məlumat verib. O, bildirib ki, A.Məmmədli barəsində Xətai Rayon Məhkəməsinin 3 ay 28 gün müddətinə həbsqətimkan tədbiri seçilməsi ilə bağlı qərarından verilmiş apellyasiya şikayətini Bakı Apellyasiya Məhkəməsi təmin etməyib. Xatırladaq ki, A.Məmmədli ötən ay saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
206
42
buta.tv

10Mənbələr