Mayın 10-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri Qazaxıstanın Almatı şəhərində görüşəcəklər. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə deyib.
"Daha əvvəl əldə edilmiş razılaşmalara uyğun olaraq 2024-cü il mayın 10-da Almatıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılacaq", - Hacızadə "X" platformasında yazıb.
Bundan əvvəl Qazaxıstan Ermənistan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun Almatıda keçirilən görüşündə vasitəçi olmaqdan imtina edib.
Aprelin 15-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdən sonra İrəvan və Bakıya sülhün bağlanması üçün danışıqlar platforması verməyə hazır olduğunu bəyan edib.
Gülnar Nazimqızı
Gülnar Nazimqızı
www.anews.az