AZ

Mirzoyan Estoniya XİN başçısı ilə delimitasiyanı müzakirə edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə telefon danışığı aparıb.

 

Modern.az "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

"Tərəflər ikitərəfli münasibətlər və əməkdaşlıq gündəliyi, eləcə də regional hadisələrlə bağlı məsələləri müzakirə ediblər. Hər iki tərəf Ermənistan və Estoniya arasında qarşılıqlı yüksək səviyyəli səfərlər və müxtəlif platformalarda fəal təmaslar sayəsində genişlənən siyasi dialoqdan məmnunluq ifadə ediblər", - deyə qeyd olunub.

 

"Regional hadisələr kontekstində Mirzoyan Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların gedişatını təqdim edib. Regional infrastrukturların açılmasına gəlincə, Ararat Mirzoyan Ermənistanın baxışının əsasını təşkil edən fundamental prinsiplərə və müəyyən prosedur sadələşdirmələrini həyata keçirməyə hazır olduğuna toxunub", - məlumatda deyilir.

 

Bildirilib ki, qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
50
modern.az

10Mənbələr