AZ

Mayın 10-da Bayramov və Mirzoyan yenidən görüşəcək

Mayın 10-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri Qazaxıstanın Almatı şəhərində görüşəcəklər. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə deyib. 

"Daha əvvəl əldə edilmiş razılaşmalara uyğun olaraq 2024-cü il mayın 10-da Almatıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılacaq", - Hacızadə "X" platformasında yazıb.
 
Bundan əvvəl Qazaxıstan Ermənistan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun Almatıda keçirilən görüşündə vasitəçi olmaqdan imtina edib. 
 
Aprelin 15-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdən sonra İrəvan və Bakıya sülhün bağlanması üçün danışıqlar platforması verməyə hazır olduğunu bəyan edib.
 
Gülnar Nazimqızı 

 


www.anews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
50
Mənbələr
Şərh ()
Bağla