AZ

"Qarabağ" "Neftçi" ilə oyunda rekorda imza atıb

“Qarabağ” Misli premyer-liqasının 2023/24 mövsümündə vurduğu ev qollarının sayını 50-yə çatdırıb.

"Football-plus.az" xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda buna 33-cü turda nail olub.

“Neftçi” üzərində 5:0 hesablı qələbə ilə Ağdam təmsilçisinin cari mövsüm öz meydanındakı qol sayı 50-yə yüksəlib.

Bu, klubun tarixində yeni rekorddur. "Köhlən atlar" 2021/22 mövsümündə evdə 47 qol vurub.

Bu, həm də ölkə çempionatlarında son 25 ilin rekordudu. Yarışın tarixinin mütləq rekordu isə Sumqayıt “Xəzər”inə məxsusdur. 1992-ci ildə sumqayıtlılar qonaqların qapısından 70 top keçiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
50
football-plus.az

10Mənbələr