AZ

"Neftçi" nadir göstəriciyə imza atdı

“Neftçi” Azərbaycan çempionatlarında nadir təsadüf olunan göstəriciyə imza atıb.

Sportnet.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXXIII turunda “Qarabağ”dan 5 qol buraxan (0:5) Bakı klubu XXXIV turda “Kəpəz”in qapısına eyni sayda qol vurub – 5:1.

Paytaxt təmsilçisi tarixində ilk dəfə 5 və ya daha çox buraxdığı görüşdən sonrakı qarşılaşmada belə məhsuldarlıq göstərib. Bu ,1992-ci ildən keçirilən ölkə çempionatlarında 7-ci belə hadisədir. Belə göstəriciyə sonuncu dəfə AZAL nail olub. Paytaxt təmsilçisi 2011/2012 mövsümündə “Neftçi”yə 1:7 hesabı ilə uduzandan sonra “Simurq”a qalib gəlib – 5:1.

“Neftçi” və AZAL-dan başqa daha 3 komanda belə halla üzləşib. “Turan” üç dəfə belə ardıcıllığa nail olub. Tovuzlular 1997/1998 (“Qarabağ” 1:5, “Kür-Nur” 5:1), 1998/1999 (“Bakı fəhləsi” 1:5, “Şahdağ” 8:0) və 2000/2001 (“Neftçi” 1:5, “Araz-Naxçıvan” 7:2) mövsümlərində iki fərqli matçı sıralayıb.

Sumqayıt “Xəzər”i 1999/2000 (“Şəfa” 0:5, “Neftqaz” 5:0), “Qarabağ” 2001/2002 (“Şəmkir” 1:5, “Şahdağ” 6:0) mövsümlərində 5 və ya daha çox qol buraxdığı görüşdən sonra məhsuldarlıq nümayiş etdirib.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
195
50
sportnet.az

10Mənbələr