AZ

Azərbaycanda 6-cı sinifdən çıxarılan qız ərə verilir - AÇIQLAMA + VİDEO

Azərbaycanda 6-cı sinifdən çıxarılan qız ərə verilir - AÇIQLAMA + VİDEO

Azərforum Ölkə.az-a istinadla xəbər verir ki, Azərbaycanda 15 yaşlı qızın 37 yaşlı kişi ilə nişanlandığı deyilir.

Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Qeyd olunur ki, hadisə Xaçmazın kəndlərindən birində baş verib.

Bəzi səhifələrdə isə yeniyetmənin zorla ərə verildiyi iddia olunub.

Xaçmaz rayonunun Arif Məmmədov adına Qusarçay kənd tam orta məktəbinin direktor əvəzi Rauf Məmmədov Bizim.Media-ya açıqlamasında həmin məktəblinin 6-cı sinifdən məktəbə gəlmədiyini və iki il gəlmədiyi üçün məktəbdən çıxarıldığını deyib.

Onun sözlərinə görə, həmin qız 2007-ci il təvəllüdlüdür. Onun toyu yox, nişan mərasimi olub.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qızın 17 yaşı var və toy baş tutmayıb:

"Sosial şəbəkədə Xaçmaz rayon sakini, azyaşlı  qızın zorla ərə verilməsi barədə məlumat yerləşdirilib.

Xaçmaz Rayon Polis Şöbəsində aparılan araşdırmalar zamanı müəyyən edilib ki, 2007-ci il təvəllüdlü M.S  1987-ci il təvəllüdlü, rayonun Qaraqurtlu kənd sakini T. F ilə könüllü razılaşma yolu ilə nişanlanıb. Ailə həyatı qurmayıblar.

Faktla bağlı hazırda Xaçmaz RPŞ-də zəruri araşdırmalar aparılır" - məlumatda deyilir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
816
13
Mənbələr
Şərh ()
Bağla