AZ

Xaçmazda 17 yaşlı qızın nişanlanması: Dövlət Komitəsi rəy bildirdi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə mayın 5-də daxil olmuş məlumatda Xaçmazda 2007-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan üçün nişan mərasiminin təşkil edilməsi öz əksini tapıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin böyük məsləhətçisi Təranə Piriyeva danışıb.

O bildirib ki, məsələ dərhal nəzarətə götürülüb, Xaçmaz Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya rəsmi məktubla müraciət edilib, işçi qaydada danışıqlar aparılıb.

Eyni zamanda, məsələ hüquq mühafizə orqanları tərəfindən nəzarətə götürülüb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov APA-nın sorğusuna cavab olaraq bildirib ki, Xaçmaz Rayon Polis Şöbəsində aparılan araşdırmalar zamanı müəyyən edilib ki, 2007-ci il təvəllüdlü M.S 1987-ci il təvəllüdlü, rayonun Qaraqurtlu kənd sakini T. F ilə könüllü razılaşma yolu ilə nişanlanıb. Ailə həyatı qurmayıblar.

Faktla bağlı hazırda Xaçmaz RPŞ-də zəruri araşdırmalar aparılır.

Xatırladaq ki, sosial şəbəkə platformalarında Xaçmaz rayon sakini, azyaşlı qızın zorla ərə verilməsi barədə məlumat yerləşdirilib.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
206
12
yenisabah.az

10Mənbələr