AZ

Murat Dikmen: “39 dəqiqə 38 saniyəsini hesabda öndə oynamaq…”

“Sərhədçi” pley-offda çox gözəl mübarizə apardı. Pley-offun ilk matçında həm hücumda, həm müdafiədə çox yaxşı təşkilatlanmışdıq. Amma ikinci görüşdə rəqibimiz yaxşı oynadı. Həmin gün xüsusilə hücumda çox pis çıxış etdiyimiz üçün məğlub olduq”.

İdman.biz xəbər verir ki, bunu “Xəzri”nin baş məşqçisi Murat Dikmən deyib.

Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində 3-cü görüşdə “Sərhədçi”yə 91:70 hesabı ilə qalib gələrək yarımfinala yüksələn mütəxəssis bildirib ki, qarşılaşma çox çətin keçib: “Mental olaraq hər oyuna ayrı hazırlaşmaq lazımdır. Burada ssenarilər fərqli olur. Bu hər iki komandanın hər şeyini ortaya qoyacağı bir matç idi. Rəqibin hansı hücum sistemində necə oynayacağını yaxşı bilirdik. Xüsusilə ilk hissədə müdafiədə möhtəşəm oynadıq. Böyük fasiləyə yollananda rəqib sadəcə 30 xal toplamışdı. Bu da həqiqətən çox vacib bir şeydir. Müdafiədə yaxşı çıxış etməklə sükanı əlimizə aldıq. Ümumilikdə, qarşılaşmanın 39 dəqiqə 38 saniyəsini hesabda öndə oynamaq təşəbbüsün əvvəldən sonadək bizdə olduğunu göstərir. Yarımfinalda NTD-İNDİQO ilə qarşılaşacağıq. Bu mərhələnin daha sərt keçəcəyini düşünürəm. Çünki hər komandanın çempionluq hədəfi var. Ümid edirəm ki, bundan sonra daha da yaxşı hazırlaşıb finala vəsiqə qazanarıq”.

Qeyd edək ki, “Xəzri” ilə NTD-İNDİQO arasında ilk görüş mayın 8-də keçiriləcək.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
7
Mənbələr
Şərh ()
Bağla