AZ

“Məğlubiyyətin fərqli səbəbləri var idi”

“Xırdalan" basketbol klubunun baş məşqçisi Uğur Özdemir bu gün baş tutan "NTD-İndiqo" ilə matçdan sonra klubun mətbuat xidmətinə açıqlama verib.

Rekord.az xəbər verir ki, türkiyəli mütəxəssis Azərbaycan Basketbol Liqasında üçüncü yer uğrunda görüşdə məğlub olduqları görüş barədə danışıb:

"İtkilərlə oyuna çıxacağımız öncədən bəlli idi. Rəqib də bunu bilərək bizə qarşı hazırlıq görmüşdü. Biz də bunu nəzərə alıb hazırlaşmışdıq. Amma alınmadı. Kənar atışlarımız uğursuz alındı, çox səhvlərimiz oldu. Bu da bizə məğlubiyyəti gətirdi. Rəqib oyunda ekstra 3 xallıq atışlardan xallar qazandı. Biz isə müdafiədə çox pis oynadıq. Təbii ki, məğlubiyyətin fərqli səbəbləri də var idi. Belə mərhələdə psixoloji olaraq da toparlanmaq çətin olur. Mövsümün sonunda həm zədələr, həm cəzalı oyunçular və fərqli dediyim səbəblər yaxşı nəticəyə imkan vermir. Parket üzərində olan oyunçularımdan da zədəli olanları var idi.Buna baxmayaraq oyunçularım əllərindən gələni etdilər, döyüşdülər. İrəli baxmaq lazımdı. Qarşıdakı oyunu qalib gəlib, daha sonra həlledici matçı da qələbə ilə başa vurub üçüncü yerin sahibi olacağıq".

Üçüncü yer uğrunda baş tutan görüşdə "Xırdalan" "NTD-İndiqo" komandasına 79:95 hesabı ilə məğlub olub. Seriyanın ikinci matçı mayın 18-də baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
214
4
rekord.az

10Mənbələr