AZ

BƏƏ Qəzza zolağına 400 ton humanitar yardım çatdırıb

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Qəzza zolağına 400 ton ərzaq çatdırıb.   Manset.az  report.az-a istinadən xəbər verir ki, bu barədə WAM xəbər agentliyi məlumat yayıb. Göndərmə Amerikanın "American Near East Refugee Aid" QHT ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Çatdırılmış humanitar yardım partiyası Qəzza zolağının şimal hissəsinin sakinləri üçün nəzərdə tutulub və 120 minə yaxın insanı ərzaqla təmin edəcək.

Agentlik qeyd edib ki, 2023-cü ildə Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin gərginləşməsi başlayandan bəri BƏƏ anklava ərzaq və dərman da daxil olmaqla 31 min tondan çox humanitar yardım çatdırıb. Bundan başqa, BƏƏ Qəzza zolağında beş avtomatlaşdırılmış çörək zavodu tikib və altı duzsuzlaşdırma qurğusu quraşdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
14
Mənbələr
Şərh ()
Bağla