AZ

Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlandı - DETALLAR/VİDEO

Xaçmazda erkən nikah qeydə alınıb. Hadisə Qusarçay kəndində  qeydə alınıb. 

Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, 16 yaşlı qızın 32 yaşlı oğlanla toyu olub.

Məsələni Xaçmaz rayonunun Arif Məmmədov adına Qusarçsy kənd tam orta məktəbinin direktor əvəzi Rauf Məmmədovla dəqiqləşdirdik.

Direktor əvəzi həmin məktəblinim 6-cı sinifdən məktəbə gəlmədiyini  və iki il gəlmədiyi üçün  məktəbdən çıxarıldığını deyib.

Onun sözlərinə görə, həmin qız 2007-ci il təvəllüdlüdür. Onun toyu yox, nişan mərasimi olub.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov mövzuya münasibət bildirib.

O, qeyd edib ki, sosial şəbəkədə Xaçmaz rayon sakini, azyaşlı  qızın zorla ərə verilməsi barədə məlumat yerləşdirilib.

Xaçmaz Rayon Polis Şöbəsində aparılan araşdırmalar zamanı müəyyən edilib ki, 2007-ci il təvəllüdlü M.S  1987-ci il təvəllüdlü, rayonun Qaraqurtlu kənd sakini T. F ilə könüllü razılaşma yolu ilə nişanlanıb.

Onlar ailə həyatı qurmayıblar.

Faktla bağlı hazırda Xaçmaz RPŞ-də zəruri araşdırmalar aparılır.
 

Aytəkin Alxaslı, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
35
Mənbələr
Şərh ()
Bağla