HƏMAS atəşə tutdu, İsrail bu keçid məntəqəsini bağladı
İsrail Qəzzanın cənub-şərq sərhədində humanitar yüklərin keçdiyi “Kerem Şalom” keçidini bağlayıb.BUTA.TV xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib. “Kerem Şalom” ərazisinə Rəfah keçid məntəqəsi yaxınlığındakı ərazidən 10-a yaxın mərmi atılıb. Keçid məntəqəsi hazırda humanitar yardım maşınlarının keçidinə bağlıdır”, - məlumatda qeyd olunub.