AZ

İranın İsrailə hücumuna dünya ictimaiyyətinin reaksiyası - Şərqdəki vəziyyət gərginləşir

İranın İsrailə hücumuna dünya ictimaiyyətinin ilk reaksiyası məlum olub.

Musavat.com xəbər verir ki, BMT Baş naziri Antonio Quterreş hücumu qınayaraq hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb,  Nyu-York vaxtı ilə saat 16:00-da (Bakı vaxtı ilə 00:00-da) BMT Təhlükəsizlik Şurasının təcili iclası təyin edilib.

Təhlükəsizlik Şurasında iki məktub - «İranın BMT Nizamnaməsini pozması» haqqında İsrail məktubu və özünümüdafiə hüququ çərçivəsində intiqam zərbəsi barədə məlumatla İran məktubu yayılıb.

Co Bayden Netanyahuya ABŞ İrana qarşı hücum əməliyyatlarında iştirak etməyəcəyini bildirib, ancaq onun fikrincə İsrail bu gecə özünü qalib hesab etməlidir, çünki "İran hücumları əsasən uğursuz idi".

Çin Xalq Respublikası XİN narahatlığını ifadə edərək maraqlı tərəfləri sakitlik və təmkinlilik göstərməyə, dünya ictimaiyyətini isə vəziyyətin həllində konstruktiv rol oynamağa çağırıb, baş verən gərginləşmə «Qəzza zolağında münaqişənin yan təsiridir".

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski isə bildirib ki, münaqişənin gərginləşməsi Yaxln Şərqdə yeni kəskin böhrana gətirib çıxara bilər.

Hindistanın XİN yaxın Şərqdəki vəziyyətin gərginləşməsindən narahatlığını bildirib, hərbi əməliyyatların azaldılması və dayandırılmasına çağırıb.

G7 liderləri bu gün İranın İsrailə hücumu ilə əlaqədar diplomatik cavabı koordinasiya etmək məqsədilə danışıqlar aparacaqlar.

Afaq,
Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
199
15
musavat.com

10Mənbələr