AZ

Bakıda DƏHŞƏT: Qadın boğularaq öldürülüb

Bakıda 28 yaşlı qadın qətlə yetirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, hadisə bu gün saat 15:30 radələrində Sabunçu rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, 1996-cı il təvəllüdlü Ayşən Namaz qızı Məmmədova boğularaq qətlə yetirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən onun həyat yoldaşı 1996-cı il təvəllüdlü Nurəddin Mehbalı oğlu Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
36
Mənbələr
Şərh ()
Bağla