AZ

Bakıda qadın boğularaq öldürülüb: Əri saxlanıldı

Bakıda 28 yaşlı qadın qətlə yetirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, hadisə bu gün saat 15:30 radələrində Sabunçu rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, 1996-cı il təvəllüdlü Ayşən Namaz qızı Məmmədova boğularaq qətlə yetirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən onun həyat yoldaşı 1996-cı il təvəllüdlü Nurəddin Mehbalı oğlu Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
213
28
ucnoqta.az

10Mənbələr