AZ

Almaniya Rusiya hava nəqliyyatına zərbə endirmək planlarının uğursuz olduğunu bildirib

Qərbin Rusiyanın hava nəqliyyatı sənayesini sanksiyalarla vurmaq planları iflasa uğrayıb.

 

Oxu24.com xəbər  verir   ki,  bu  barədə  Die Welt məqaləsində qeyd  edilib.

 

“Qərbin Rusiyaya qarşı əsas sanksiyalarının heç bir təsiri olmayıb. Ölkədə mülki hava nəqliyyatı fəaliyyətini davam etdirir”, - nəşr yazır.

 

Nəşrdə qeyd edildiyi kimi, 2022-ci ildə bir çox təyyarə yerdə boş vəziyyətdə idi, lakin ötən il uçuşların sayı təxminən 20 min artaraq 1,28 milyona çatıb.

 

Bundan əvvəl bildirilmişdi ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) iki şirkət, üç təyyarə və “224-cü Uçuş Dəstəsi” dövlət aviasiya şirkətinin direktoru Vladimir Mixeyçiki Rusiya əleyhinə sanksiyalar siyahısına əlavə edib.

 

Amerika rəsmiləri dəqiqləşdiriblər ki, məhdudiyyətlərə Rusiya Silahlı Qüvvələrinin təlim mərkəzi - Aşuluk poliqonu (Həştərxan vilayəti), Vladimir Təkmil Hərbi Araşdırmalar Kompleksi (Həştərxan vilayəti) və İl-76MD, An-124 və İl-76 təyyarələri daxildir. .

 

Afət

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
50
Mənbələr
Şərh ()
Bağla