AZ

Dünyanın ən böyük “tozsoran”ı işə salındı: görün nəyə qadirdir - FOTO

İslandiyada nəhəng tozsoran kimi atmosferdəki çirkləri və karbonu təmizləmək üçün nəzərdə tutulmuş dünyanın ən böyük zavodu fəaliyyətə başlayıb.

Publika.az xəbər verir ki, “Mammont” adlanan qurğu İsveçrənin “Climeworks” şirkəti tərəfindən bu ölkədə istifadəyə verilmiş ikinci vasitədir.

O 2021-ci ildə fəaliyyətə başlayan sələfi "Orca"-dan 10 dəfə böyükdür. “Mammont” birbaşa havanı tutma texnologiyasından istifadə edərək fəaliyyət göstərir. Qurğu atmosferi özünə çəkir və kimyəvi maddələrdən istifadə edərək oradan karbonu çıxarır. Nəticədə meydana gələn karbon torpağa buraxılır və burada təbii proseslər nəticəsində bərk məhsullara çevrilir. Qurğu geotermal mənbələrdən əldə olunan enerji ilə işləyir.

“Climeworks” şirkətinin məlumatına görə, “Mammont” hər il atmosferdən 36 min ton karbon çıxara biləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
260
5
publika.az

10Mənbələr