AZ

Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı + VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadalara çağırış edib. Avtosfer.az xəbər verir ki,  BDYPİ sosial şəbəkə hesabından paylaşdığı piyada qəzası ilə bağlı videogörüntünün altında, “Əziz piyadalar! Yolun bir tərəfindən o biri tərəfinə keçən zaman mütləq şəkildə sağa-sola baxın, yolu qaçaraq keçməyə çalışmayın. Yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qabağına qaçmaq, qulaqcıq taxaraq ətrafdakı səslərdən təcrid olmaq qəti şəkildə olmaz” – deyə, yazıb.

Eyni zamanda qurum vurğulayıb:

“Unutmayın! Yolu keçərkən avtomobilin tam dayandığından və sizin üçün təhlükəsiz şərait yarandığından əmin olduqdan sonra yolu keçmək lazımdır”.

 

Namiq Musayev

 

 

 

Seçilən
90
3
avtosfer.az

4Mənbələr