AZ

Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadalara çağırış edib.
 
BDYPİ sosial şəbəkə hesabından paylaşdığı piyada qəzası ilə bağlı videogörüntünün altında, “Əziz piyadalar! Yolun bir tərəfindən o biri tərəfinə keçən zaman mütləq şəkildə sağa-sola baxın, yolu qaçaraq keçməyə çalışmayın. Yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qabağına qaçmaq, qulaqcıq taxaraq ətrafdakı səslərdən təcrid olmaq qəti şəkildə olmaz” – deyə, yazıb.
 
Eyni zamanda qurum vurğulayıb:
 
“Unutmayın! Yolu keçərkən avtomobilin tam dayandığından və sizin üçün təhlükəsiz şərait yarandığından əmin olduqdan sonra yolu keçmək lazımdır”.  Avtosfer.az
 

 

Seçilən
69
3
moderator.az

4Mənbələr