AZ

Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirildi - FOTO

YAP Yasamal rayon təşkilatı, Yasamal rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Ümumilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.    Manset.az xəbər verir ki, aksiyada YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısının I müavini Hüseyn Əfəndiyev , Millət vəkili Elnur Allahverdiyev, Ekologiya və Təbii Sərvətlər Nazirinin müavinləri Vüqar Kərimov və Rauf Hacıyev, Respublika Klinik Xəstəxanasının direktoru Əlviz Qasımov, “XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi”nin müşahidə şurasının sədri Fərhad Qaraşov, Yasamal rayon Heydər Əliyev mərkəzinin direktoru Naminə Ömərova, YAP Yasamal rayon təşkilatının əməkdaşları, ərazi partiya təşkilatlarının sədr və müavinləri, Yasamal Rayon İcra hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, partiya fəalları, fəal gənclər və eko könüllüləri iştirak edib.

Qeyd edək ki, aksiya çərçivəsində 100 nəfərin iştirakı ilə 700-ə yaxın ağac əkilib

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
Mənbələr
Şərh ()
Bağla