AZ

Ötən gün aşkarlanan silah-sursatın sayı açıqlandı

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bakupost.az -a verilən məlumata görə, mayın 3-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 1 patron darağı və 5 patron təhvil götürüblər.


Həmçinin qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. Mayın 3-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 1 patron darağı və 10 patron aşkar edilərək götürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
164
25
Mənbələr
Şərh ()
Bağla

Reytinq